“Şuşa Qlobal Media Forumu dünyanın ən nüfuzlu siyasi-diplomatik və düşüncə meydanlarından biridir”.
Gununsesi.info bildirir ki, bunu deputat Hikmət Babaoğlu deyib:
“Forumun dördüncü toplantısında Afrikadan Yaponiyaya, Avropadan Yaxın Şərqə qədər çoxsaylı ölkələrdən nümayəndələr iştirak etdi. Prezidentə ünvanlanan suallar da təkcə regionla bağlı deyil, dünyanın müxtəlif bölgələrində baş verən hadisələri əhatə edir.
Bu da təsadüfi deyil. Dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərin Azərbaycan Prezidentinə suallar ünvanlaması ölkənin beynəlxalq nüfuzunun göstəricisidir”.
Deputatın sözlərinə görə, bunun əsas səbəbi Azərbaycanın orta güc kimi formalaşması və qlobal proseslərə müəyyən təsir göstərmək imkanına malik olmasıdır:
“Bu isə forumun beynəlxalq əhəmiyyətini daha da artıran mühüm amillərdən biridir”.
Şəbnəm












