“Talibana heç vaxt baş əymərəm” – Saleh yeni cəbhə açdı

  • By admin
  • 18 Avqust 2021 12:41

“Taliban terrorçuları qarşısında heç vaxt baş əyməyəcəyəm və onlarla bir səmanın altında yaşamaq niyyətində deyiləm”.

Gununsesi.info xəbər verir ki, bunu Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh deyib.

O, sosial şəbəkələr vasitəsilə xalqa müraciət edərək əfqanları taliblərə qarşı mübarizəyə çağırıb.

Yerli KİV-də yayılan məlumata görə, Ə.Saleh özünə sadiq silahlı dəstə ilə Pəncşər vilayətinə çəkilib. O, əfsanəvi səhra komandiri Əhməd Şah Məsudun oğlunun rəhbərlik etdiyi silahlı dəstəyə qoşulub.