Tanınmış futbolçu vəfat etdi

  • By admin
  • 06 Yanvar 2023 14:40

İtaliya millisinin sabiq hücumçusu Canluka Vialli vəfat edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib. 58 yaşlı Viallı 2017-ci ildən mədəaltı vəzin xərçəngindən əziyyət çəkirdi. Milad bayramı ərəfəsində onun vəziyyəti daha da pisləşmişdi. Vialli ömrünün son günlərini xəstəxanada keçirmişdi.

Canluka Vialli futbolçu karyerası ərzində “Sampdoriya”, “Yuventus”, “Çelsi” və “Kremoneze”də oynayıb. O, baş məşqçi Roberto Mançinin köməkçisi kimi İtaliya ilə Avro 2020-nin qalibi olub. Futbolçu olaraq isə Avro-1988-də və DÇ-1990-də bürünc medal qazanıb.

Gununsesi.info