Tehranda yaşayış binası çökdü: Dağıntılar altında qalanlar var

  • Müəllif: Ayshan
  • 16 Dekabr 2025 23:17

İranın paytaxtı Tehranın Yaftabad bölgəsində üçmərtəbəli yaşayış binası çöküb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, indiyədək dağıntılar altından dörd nəfər sağ çıxarılıb.

Axtarış və xilasetmə əməliyyatları davam edir.

Gununsesi.info