Temperatur 38 dərəcəyə qalxacaq

İyulun 6-da gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava üstünlük təşkil edəcək. Lakin gündüz Balakən-Şəki zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.

 

Gununsesi.info