
ABŞ-da iflic xəstəsi süni intellektlə işləyən beyin-kompüter interfeysindən istifadə edərək yalnız ağlından istifadə edərək robot qolu idarə edə bilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ- ın San-Fransisko şəhərindəki Kaliforniya Universitetinin (UCSF) tədqiqatçıları iflic olan xəstəyə yalnız ağlının gücü ilə robot qolunu hərəkət etdirməyə imkan verən inqilabi texnologiya hazırlayıblar.
Scitech Daily-də çıxan xəbərə görə, süni intellektlə dəstəklənən beyin-kompüter interfeysi (BCI) sayəsində xəstə robot qolunu əlini hərəkət etdirirmiş kimi düşünərək obyektləri tutmağa və qaldırmağa yönəltdi. Yeni hazırlanmış bu texnologiya, əvvəlki sistemlərdən fərqli olaraq, yeddi ay fasiləsiz işləməyi bacardı.
Əvvəllər bu cür cihazlar bir neçə gün ərzində fəaliyyətini dayandırırdı. Yeni sistemin uzunmüddətli istifadədə stabil işləməsi iflic olan insanlar üçün böyük ümidə çevrilib.
İflic olan xəstənin beyninə düşüncə siqnallarını təyin edən kiçik sensorlar yerləşdirilib. Bu sensorlar xəstə əlini tərpətdiyini təsəvvür etdikdə siqnalları götürürdü. Süni intellektlə dəstəklənən sistem bu beyin siqnallarını emal etdi və robot qolunun hərəkətə keçməsini təmin etdi.
Başlanğıcda hərəkətlər aydın deyildi. Buna görə də xəstə virtual robot qolunda məşq edərək sistemin həssaslığını artırıb. Süni intellektin öyrənmə qabiliyyəti sayəsində zamanla əsl robot qolu onu daha dəqiq istiqamətləndirə bilməyə başladı.
Bu süni intellektlə dəstəklənən sistemlə xəstə əşyaları tuta və qaldıra, şkaf açıb stəkan ala və su dispenserinə tutaraq stəkanı doldura bildi.
Araşdırmaya rəhbərlik edən Dr. Karunesh Ganguly sistemin inkişaf etdirilməsinin davam edəcəyini və gələcəkdə xəstələrin evdə istifadə edə biləcəyi bir texnologiyaya çevriləcəyini bildirdi. Qanquli bu barədə kifayət qədər optimistdir:
“Biz bu sistemin necə işlədiyini bilirik və həqiqətən də onun işləyəcəyinə inanıram ki, tək düşünərək hərəkət edə bilən protezlər artıq xəyal deyil”
Orxan