Tramp Navalnının zəhərlənməsi ilə bağlı vəziyyəti şərh etdi

  • By admin
  • 05 Sentyabr 2020 09:30

Birləşmiş Ştatlar rusiyalı müxalifətçi Aleksey Navalnının ətrafında vəziyyəti diqqətlə araşdıracaq.

Gununsesi.info “RİA Novosti”yə istinadən bildirir ki, belə bir bəyənatla ABŞ Prezidenti Donald Tramp çıxış edib.

“Düşünürəm ki, əgər belədirsə, biz bunu çox ciddi nəzərdən keçirməliyik. Və düşünürəm ki, biz bunu edəcəyik”, – deyə o, Navalnının “zəhərlənməsi” haqda suala cavabında bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, Rusiyanın Navalnının güya “zəhərlənməsinə” aidiyyəti ola biləcəyinə dair hələlik heç bir sübutu yoxdur. Eyni zamanda Tramp bildirib ki, əgər Rusiyanın hadisədə iştirakı aşkarlansa, o, “çox qəzəblənəcək”.

“Heç kim Rusiyaya münasibətdə mənim qədər sərt olmayıb”, – Prezident deyib.

Amerikalı lider Almaniya hakimiyyətinin bloqerlə bağlı qənaətlərinə güvəndiyini də bildirib, amma ABŞ-ın hələlik bu məlumatları görmədiyini vurğulayıb.

Gununsesi.info