Trampın aviasiya böhranı: - İkinci Boeing təyyarəsi də Çindən ABŞ-a qayıdır

  • By Admin2
  • 21 Aprel 2025 10:09

Çin hava yolu şirkəti tərəfindən istifadə üçün inşa edilən daha bir sərnişin təyyarəsi ABŞ-a qayıtmaq üçün Çindən yola düşüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın gömrük tariflərini artıraraq başlatdığı “ticarət müharibəsi” xüsusilə Vaşinqton-Pekin xəttində şiddətlənməyə davam edərkən, ABŞ-ın aviasiya nəhəngi “Boeing” in istehsal etdiyi və Çin mərkəzli bir hava yolu şirkəti tərəfindən istifadə edilməsi planlaşdırılan ikinci sərnişin təyyarəsinin Çindən ABŞ-a yola düşdüyü bildirildi.

Bloomberg xəbər saytı aprelin 15-də Çinin aviaşirkətlərə aviasiya nəhəngi Boeing-dən bir daha təyyarə götürməməyi tapşırdığını bildirib. Dünən mətbuata əks olunan xəbərdə Çinin Xiamen Hava Yolları şirkətinin istifadə edəcəyi 737 MAX model sərnişin təyyarəsinin ABŞ-a geri döndüyü bildirilib. 

Uçuş izləmə məlumatlarına görə, ikinci Boeing 737 MAX 8 təyyarəsi Çindən yola düşərək ABŞ-a qayıdan və bu gün Quam adasına enən birinci təyyarə ilə oxşar marşrutu izlədi. AirNav Radar məlumatlarına görə, ikinci təyyarə Boeing-in Şanxay yaxınlığındakı Zhoushan tamamlama mərkəzindən yola düşüb. Quam Sietldəki Boeing istehsal mərkəzi ilə Çjouşan tamamlama mərkəzi arasındakı 8000 kilometrlik marşrutda belə təyyarələr üçün dayanacaqlardan biridir. İlk uçuş da geri dönərkən Quam və Havayda yanacaq doldurmaq üçün iki dəfə dayanıb.

Orxan

Gununsesi.info