Türkiyə əleyhinə casusluq edənlər həbs olundu

Milli Təhlükəsizlik Teşkilatı (MİT) Türkiyədə həssas məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürən beynəlxalq casus şəbəkəsinə qarşı əməliyyat keçirib.

Gununsesi.info xəbər verir ki, Ankara mərkəzli istintaq çərçivəsində 4 vilayətdə eyni vaxtda keçirilən əməliyyatda şəbəkə rəhbəri olduğu bildirilən şəxs də daxil olmaqla 7 şübhəli şəxs saxlanılıb, 2 nəfərin isə başqa cinayətə görə həbsdə olduğu açıqlanıb.

Məlumata görə, şəbəkə Türkiyədəki qeyri-hökumət təşkilatları, dərnəklər, ictimai qruplar və dövlət əməkdaşları barədə həssas məlumatlar toplayaraq xarici xüsusi xidmət orqanlarına ötürüb.

Aparılan istintaq nəticəsində şəbəkənin əlaqə, hesabat və maliyyələşmə mexanizmləri ifşa olunub, saxlanılan 7 nəfər barəsində həbs qətiimkan tədbiri görülüb.