Türkiyə ordusu İraqın şimalında PKK terrorçusunu zərərsizləşdirib

  • By admin
  • 24 Oktyabr 2022 14:58

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə bu gün Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

 

Vurğulanıb ki, İraqın şimalındakı dağlıq bölgədə PKK mənsublarına məxsus mövqe aşkar edilib.

Həmin mövqeyə endirilən hava zərbəsi ilə terrorçular zərərsizləşdirlib.

Bölgədə antiterror əməliyyatlarının davam etdirildiyi bildirilib.