Türkiyə xüsusi təyinatlıları İraq və Suriyada terrorçuları məhv edib

  • By admin
  • 06 Noyabr 2020 23:03

Türkiyə Milli Müdafiə Nazirliyinin xüsusi təyinatlı dəstəsi İraq və Suriyanın şimalında PKK qruplaşmasının iki terrorçusunu məhv edib.

Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlikdə qeyd ediblər ki, terrorçular İraqın Avaşin-Basyan rayonunda və Suriyada “Barış pınarı” əməliyyatının keçirildiyi zonada məhv edilib.

Silahlıların koordinatları kəşfiyyat materialları sayəsində müəyyən edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK terrorçuları 1984-cü ildən 2020-ci ilin martına qədər Türkiyədə bir sıra terror aktları həyata keçiriblər. Bu təşkilatın terrorçuları Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşını, 6 800 dinc sakini qətlə yetiriblər.

 

 

Gununsesi.info