Elmar Qasımovdan örnək addım - TÜRKİYƏ VƏ PAKİSTANDAN OLAN TƏLƏBƏLƏRİN YATAQXANA BORCLARI SİLİNDİ

  • By admin
  • 06 Noyabr 2020 23:59

 

Bakı Ali Neft Məktəbi ölkədə fəaliyyət göstərən təhsil ocaqları üçün örnək olan addım atıb.

Gununsesi.info-nun xəbərinə görə, Bakı Ali

Neft Məktəbi Dağlıq Qarabağın işğaldan azad olunmasında Azərbaycan xalqına göstərdiyi dəstəyə görə Türkiyə və Pakistandan olan tələbələrin yataqxanada qalma haqlarını öz üzrərinə götürüb.

Bu barədə adıçəkilən təhsil ocağının rektoru bunları deyib:

“Bu gün biz Bakı Ali Neft Məktəbində təhsil alan Türkiyə və Pakistan vətəndaşlarının Yataqxana borclarını ləğv etdik. Eyni zamanda, bu tələbələrin ümumiyyətlə Yataqxanamızda BANM hesabına qalmaları haqqında qərar qəbul etdik”.

 

Gununsesi.info