Türkiyədə meşə yanğınları davam edir

  • Müəllif: Günel
  • 22 Avqust 2025 19:54

Türkiyənin Bursa şəhərinin Orhanqazi rayonunda meşəlik ərazidə yanğın başlayıb.

Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, baş verən yanğına hava və qurudan müdaxilə edilir.

Hadisə yerinə dərhal yanğınsöndürənlər  Meşə Regional İdarəsinin əməkdaşları göndərilib.

Yanğınla mübarizə üçün 2 helikopter, 1 pilotsuz uçuş aparatı , 8 yanğınsöndürən avtomobil, 8 iş və xidmət maşını və 62 nəfər işçi cəlb olunub.

Gununsesi.info