Türkiyədə bələdiyyə sədri güllələndi - FOTO

  • Müəllif: Firuzə
  • 23 May 2026 19:38

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunun bələdiyyə sədri Alim Karacaya qarşı silahlı hücum təşkil edilib.

Gununsesi.info “Haber Global”a istinadla xəbər verir ki, ayağından yaralanan bələdiyyə sədri təcili olaraq xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb.

Gununsesi.info