Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib

  • Müəllif: Firuzə
  • 07 May 2026 09:58

Türkiyədə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Gununsesi.info xəbər verir ki, Malatya mərkəzli əməliyyat çərçivəsində ölkənin 17 vilayətində 23 şübhəli saxlanılıb.

Əməliyyat Milli İstihbarat Teşkilatı, kəşfiyyat və terrorla mübarizə idarələrinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib.

Məlumata görə, saxlanılan şəxslərin təşkilatın polis strukturlarındakı gizli fəaliyyətində iştirak etdikləri müəyyən olunub.

Əməliyyatlar Adana, Ankara, İstanbul, İzmir, Trabzon və digər vilayətlərdə keçirilib. Hazırda araşdırmalar davam edir.

Gununsesi.info