Türkiyədə keçmiş millət vəkilini maşın vurub öldürdü

  • By Günel
  • 15 Avqust 2025 22:00

Türkiyənin Muğla bölgəsində AKP-dən olan sabiq millət vəkili Əli Boğa yolu keçmək istəyərkən avtomobilin vurması nəticəsində dünyasını dəyişib.

Gununsesi.info Anadolu” agentliyinə istinadən xəbər verir ki, 76 yaşlı sabiq deputat piyada keçidində vurulub.

Ə.Boğanın cəsədi ilkin müayinədən sonra morqa aparılıb.

Qəza törədən sürücünün saxlanıldığı bildirilir.

Gununsesi.info