ABB-nin daha bir müştərisi bankın xidmətindən narazıdır.
bildirir ki, bu barədə vətəndaş “Facebook” sosial şəbəkəsində paylaşıb.
Onun sözlərinə görə, üç gün əvvəl rəsmiləşdirilən onlayn kreditin vəsaiti karta köçürülsə də, hesab bloklandığı üçün həmin məbləği istifadə etmək mümkün olmayıb.
“ABB-dən şikayətim var. Üç gündür kredit götürmüşük, amma hesabı bloklayıblar. Kartdakı pulu götürə bilmirik. Operatorla danışmaq üçün 50 manatdan çox kontur xərcləmişik, amma heç bir nəticəsi yoxdur.
Bir dəfə deyirlər ki, kredit onlayn olduğu üçün banka getməyə ehtiyac yoxdur, ertəsi gün isə iş vaxtı bitəndən sonra banka getməli olduğumuzu bildirirlər. Banka gedəndə isə məsələni həll etmək əvəzinə söhbəti başqa istiqamətə yönəldirlər”.
Afət












