Ucarda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü, 2 nəfər yaralandı

  • By admin
  • 20 Fevral 2021 23:02

Ucarda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə saat 21 radələrində Bakı-Qazax magistral yolunun rayonun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Hələlik ölən və xəsarət alanların adları məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. / “Report”

Gununsesi.info