Ukrayna aerodromu və neft bazasını vurdu

  • Müəllif: Firuzə
  • 29 Aprel 2026 20:50

Ukrayna ordusu Krımda yerləşən “Kaça” aerodromuna və Simferopoldakı neft bazasına zərbələr endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, aerodromda MR-10 radiolokasiya stansiyası, hava hücumundan müdafiə (HHM) idarəetmə məntəqəsi və “Parol-4” (1L22) yerüstü radiolokasiya məhv edilib. Bundan əlavə, “Tes” neft bazasının da sursat anbarı vurulub.

Gununsesi.info