Ukrayna ilə bağlı SENSASİON PLAN: ölkənin adı dəyişdirilərək...

  • By admin
  • 05 İyun 2022 10:38

Zaporojye vilayətinin hərbi-mülki administrasiyasının baş şurasının üzvü Vladimir Roqov hesab edir ki, Ukraynanın adı dəyişdirilərək UGIL – Ukraynanın İvano-Frankivsk və Lvov vilayəti adlandırılmalıdır. 

Gununsesi.info xəbər verir ki, o, bunu hazırda ölkənin digər bölgələrində Lvov və İvano-Frankovsk vilayətlərindən olanların rəhbər vəzifələrdə çalışmaları ilə əsaslandırıb.

“Praktikanın göstərdiyi kimi, Kiyev rejimi yerli əhaliyə etibar etmir və buna görə də mərkəzi və cənub-şərq vilayətlərində əsas postlara Qərbi Ukrayna vilayətlərindən insanlar gətirilir”, – o, qeyd edib.

Gununsesi.info