Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

  • Müəllif: Firuzə
  • 01 Yanvar 2026 18:20

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev 2025-ci ildə göstərilən yardıma görə Azərbaycana təşəkkür edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ukraynalı diplomat özünün X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Biz Azərbaycandakı və bütün dünyadakı tərəfdaşlarımıza, dostlarımıza 2025-ci ildəki dəstəyə görə təşəkkür edirik. Məqsədimiz aydın qalır: azadlıq, ədalətli və davamlı sülh. 2026-cı ildə Ukrayna, Avropa və bütün dünya üçün sülh və təhlükəsizlik naminə işləməyə davam edəcəyik. Qoy yeni il hamı üçün ədalətli sülh gətirsin”, – o qeyd edib.

Gununsesi.info