Ukraynadan Krım əhalisinə çağırış: Hazır olun!

Krımın və işğal altında olan digər ərazilərin sakinləri işğaldan azad olunma dövrünə indidən hazırlaşmalıdırlar.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“İşğal olunmuş ərazilərin, o cümlədən Krım yarımadasının sakinlərindən işğaldan azad etmə tədbirləri zamanı hökumətin tövsiyələrinə əməl etmələrini xahiş edirik. Sığınacaq düzəldin, kifayət qədər miqdarda su ehtiyatı toplayın”, – Podolyak bildirib.

Gununsesi.info