Ukraynanın dövlət borcu bir neçə milyard dollar artıb

  • Müəllif: Günel
  • 02 May 2025 08:50

Martda Ukraynanın dövlət və zəmanətli borcu 2,6 milyard dollar artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın “Ekonomichna Pravda” nəşri ölkənin Maliyyə Nazirliyinin hesabatlarına istinadən məlumat yayıb.

Martın 31-nə Ukraynanın dövlət borcu 7,123 trilyon qrivnadan çox və ya Ukrayna Milli Bankının məzənnəsi ilə 171,73 milyard dollar təşkil edib.

Qeyd olunub ki, bu il ölkənin ümumi dövlət borcu ÜDM-in 110%-nə qədər arta bilər.

Gununsesi.info