Almaniya kansleri Olaf Şolz Zelenski ilə görüşdə yeni hərbi yardım paketinin transferini elan edəcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Şolz X sosial hesabında yazıb.
“Almaniya Ukraynanın Avropadakı ən güclü dəstəkçisi olaraq qalacaq, Vladimir Zelenski ilə görüşdə dekabrda tədarük edilməli olan 650 milyon avro dəyərində əlavə silahlar elan edəcəyəm”– deyə o bildirib.
Almaniya kanslerinin sözlərinə görə, Ukrayna bu hərbi yardımı 2024-cü ilin sonuna qədər alacaq.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz bu gün səhər saatlarında Kiyevə elan olunmamış səfər edib.
Şəbnəm