Ukraynaya HIMARS-ın yeni partiyası gətirildi

  • By admin
  • 01 Avqust 2022 19:45

ABŞ-dan Ukraynaya daha 4 ədəd HIMARS reaktiv yaylım atəşi sistemi gətirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə naziri Aleksey Reznikov “Twitter” hesabında məlumat verib.

“Ukraynaya əlavə dörd HIMARS gəlib”, – Reznikov bildirib.

O, ABŞ Prezidenti Co Baydenə, Pentaqon rəhbəri Lloyd Ostinə və Amerika xalqına Ukraynanın müdafiə qabiliyyətini dəstəklədiklərinə görə təşəkkür edib:

“Sübut etdik ki, biz bu silahları idarə edə bilərik”.

Gununsesi.info