“Valideyn–uşaq münasibəti sevgi, güvən və qarşılıqlı anlayış üzərində qurulmalıdır”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında ailə psixoloqu Sevinc Həbibova deyib:
“İlk növbədə valideynlər uşaqlarını dinləməyi öyrənməli, onların fikirlərini aşağılamamalıdır. Çünki uşaq özünü təhlükəsiz hiss etdikdə daha sağlam inkişaf edir.
Valideynlər sərhədləri aydın şəkildə müəyyən etməli, amma bunu sərtliklə deyil, izah edərək etməlidirlər.
Uşağın hisslərini tanıması və ifadə etməsi üçün ona dəstək göstərilməlidir”.
Sevinc Həbibovanın fikrincə, cəza yerinə düzgün davranışı modelləşdirmək daha effektivdir:
“Valideyn hər zaman ardıcıl və ədalətli olmalıdır. Uşağa vaxt ayırmaq, onunla sağlam ünsiyyət qurmaq münasibətin əsas hissəsidir. Ailədə sevgi və hörmət olduqda uşaq özünü daha dəyərli hiss edir və özünəinamı artır”.
Firuzə










