Velosipeddən yıxılan 63 yaşlı kişi öldü

  • Müəllif: Firuzə
  • 07 Avqust 2025 13:42

Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.

Gununsesi.info-nun məlumatına görə, 1962-ci il təvəllüdlü şəhər sakini Qəfərov Zeynal Səhlədar oğlu Sumqayıtçay qəsəbəsi ərazisində – Bakı-Quba yolunun 30-cu kilometrində hərəkətdə olarkən idarə etdiyi velosipeddən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info