
Venesiya Karnavalı bu il şövqlə, bir daha rəngarəng paradla başladı.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Böyük Kanalda keçirilən tədbirdə 100-dən çox qondola və sal keçidi ilə tamaşaçılara əyani ziyafət təqdim olunub.
Konfet yağışı ilə müşayiət olunan açılış mərasiminə minlərlə insan qatılıb.
Bu il karnavala üç milyon insanın qatılacağı gözlənilir.
Möhtəşəm qalada ən yaxşı kostyumları və ən gözəl bəzədilmiş qondolanı olan üç komandaya mükafatlar verildi.
Arı geyimi ilə diqqət çəkən komanda birinci yerə layiq görülüb.
Orxan Saffari