Venesiya Komissiyası yeni media qanununu müzakirəyə çıxarır- RƏY HAZIRLANIB

Avropa Şurası Venesiya Komissiyasının 17 iyunda keçiriləcək 131-ci plenar iclasında “Media haqqında” AR qanunu əsas müzakirə mövzularından olacaq. Bu barədə Avropa Şurasından Gununsesi.info-nun elektron poçtuna daxil olan xəbərdə deyilir.

Məlumata görə, komissiyanın Chaabane, Thorgeirsdottir, Rozgonyi və Vermeulen-dən ibarət ekspert qrupu qəbul etdiyi qanunun Avropa Şurası standartlarına uyğunluğunu araşdırıb və qanunla bağlı rəy hazırlayıb. Toplantıda həmin rəy müzakirə edilib, qəbul olunacaq. Belə bir rəyin hazırlanmasını fevralın 2-də AŞPA Monitorinq Komitəsinin rəhbəri tələb etmişdi. Mediaya qapalı sessiyada qəbul edilən qərarlar iyunun 20-də açıqlanacaq.

Mayis

Gununsesi.info