Venesuela hakimiyyəti təxminən 35 müxalifətçini həbsdən azad edib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Foro Penal insan haqları təşkilatı məlumat yayıb.
Azadlığa buraxılanlar arasında Nobel Sülh Mükafatı laureatı və müxalifət lideri Maria Corina Maçadonun yaxın adamları da var. Onlar terrorizmdə ittiham olunurdular.
Maçado bu addımları alqışlayıb və ölkədəki bütün siyasi məhbusların azadlığa buraxılmasına çağırıb.











