Vilayət Quliyevdən Şuşa şəhəri ilə bağlı maraqlı TƏKLİF

  • By admin
  • 05 May 2021 11:20

 Azərbaycanın Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev Şuşada Qarabağın ən böyük kitabxanasını yaratmağı təklif edib. Səfir yaradılacaq kitabxanaya töhfə vermək istədiyini də bildirib.

Gununsesi.info-nun məlumatına görə, V.Quliyev bununla bağlı bildirib:

“Şuşa Mərkəzi kitabxanasına- ümid edirəm ki, gündəlikdədir- Azərbaycan, türk, rus, ingilis dillərində 1000 ədəd kitab hədiyyə etmək istəyirəm. Gəlin, Azərbaycanın mədəniyyət mərkəzi Şuşada Qarabağın ən böyük və zəngin kitabxanasını quraq…”.