Vyanada “Kəlbəcərin zərif irsi – məfrəş“ adlı tədbir keçirilib

  • By admin
  • 28 May 2026 19:07

Avstriya paytaxtı Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Kəlbəcərin zərif irsi – məfrəş“ adlı xüsusi dəfilə proqramı təşkil olunub.

Gununsesi.info xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova geniş nitq söyləyib.

Dəfilə proqramında “Qala Dress”, “Sevil Art”, “Basqal”, “Nur”, “Samuxis”, “Qurama” və “Atide” brendlərinin kolleksiyaları təqdim olunub.

Firuzə Mahmudova

Gununsesi.info