Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın

  • By admin
  • 02 May 2021 10:55

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

 Gununsesi.info xəbər verir ki, bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner, eyvanında 1 ədəd dolab yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 Gununsesi.info