Xalq artisti Ramiz Quliyev reanimasiyaya yerləşdirilib

  • Müəllif: Admin08
  • 29 Sentyabr 2025 21:04

Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu barədə onun oğlu, Əməkdar artist Əyyub Quliyev məlumat verib.

Onun sözlərinə görə, Ramiz Quliyev bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti əvvəlkindən nisbətən daha yaxşıdır.

“Atamın vəziyyəti ilə bağlı Heydər Əliyev Fonduna müraciət etdim. Sağ olsunlar, müalicəni öz üzərlərinə götürdülər. Hazırda vəziyyəti nisbətən stabildir”, – deyə Əyyub Quliyev bildirib.

Gununsesi.info