Xalq artistinin heyranedici səhnə geyimi - FOTO

  • By admin
  • 30 May 2022 14:49

Gununsesi.info xəbər verir ki, sənətçi dünən restoranların birində böyük konsert proqramı ilə çıxış edib.

Səhnə kostyumunu yerli moda evindən seçən Röya həm mahnıları, həm də çıxışı ilə yadda qalıb. O, qara korsetini ağ balerina yubkası və tor kolqotqa ilə tamamlayıb. Toppuz saç düzümü balerina obrazı üçün uğurlu seçim olub.

Qeyd etmək lazımdır ki, Röya Ayxan trendləri yaxından izləməyi və əməl etməyi sevir. Modapərəst ulduzun tərzi gənc qızların ilham mənbəyi olmağa iddialıdır. Lakin o, trendlərə kor-koranə əməl etmir. Cazibəsini ön plana çıxaran, qüsurlarını örtən paltarları ustalıqla seçir.

Gununsesi.info