Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

  • By admin
  • 30 May 2022 14:51

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirib.

Gununsesi.info Trend-ə istinadla xəbər verir ki, bu barədə Kremlin açıqlamasında deyilir.

İclas zamanı V.Putin şuranın üzvləri ilə Rusiyanın təhlükəsizliyinin təmin olunması və xarici siyasət məsələlərini müzakirə edib.

İclas videokonfrans formatında keçirilib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu gün V.Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı da planlaşdırılır.

Gununsesi.info