Qocalmanı sürətləndirən məhsul

  • By admin
  • 30 May 2022 14:56

Krab çubuqları boyalar və çoxlu kimyəvi əlavələr ehtiva edən dərin emal olunmuş qidadır. 

Gununsesi.info xəbər verir ki, bu barədə tibb elmləri doktoru Mixail Qinzburq danışıb.

O qeyd edib ki, məhsullarda bu maddələrin olması insan orqanizminin sürətlə qocalmasına gətirib çıxarır.

“Krab çubuqları, kolbasa, sosiska yüksək dərəcədə emal edilmiş qidalardır. Araşdırmalar göstərib ki, belə qidalar bizi qocaldır və yaşa bağlı xəstəliklərin (məsələn, ürək-damar və onkoloji xəstəliklərin) inkişaf ehtimalını artırır”, – mütəxəssis “Sputnik” radiosuna müsahibəsində bildirib.

Qinzburqa görə, hər gün çox işlənmiş qidalar, o cümlədən krab çubuqları yeməyə ehtiyac yoxdur. Bədənə mənfi təsirlərin qarşısını almaq üçün onları həftədə bir və ya iki dəfədən çox istifadə etməməlisiniz. Bədənin özünü təmizləməsi üçün bu cür qidaları fasilələrlə yeməyə çalışın.