“Fred Asif”in oğlu Avropa çempionu oldu

  • By admin
  • 30 May 2022 15:05

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov Polşanın Rumya şəhərində keçirilmiş qol güləşi üzrə Avropa çempionatının qalibi olub.

Gununsesi.info xəbər verir ki, 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı finalda yerli Dariuş Popileklə qarşılaşıb. Rəqibini məğlub edən Məhərrəmov qızıl medal qazanıb.

Mükafatlandırılma mərasimində Azərbaycan təmsilçisinin şərəfinə Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, yarışda 3-cü yeri slovakiyalı Ratislav Tomaqa tutub.

Gununsesi.info