Ölkədə topdansatış ticarətin dövriyyəsi azalıb

  • By admin
  • 30 May 2022 16:44

Cari ilin birinci rübündə əvvəlki ilin eyni rübü ilə müqayisədə topdansatış ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,4 faiz azalaraq 5 milyard 994,2 milyon manata bərabər olub.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, dövriyyənin 36,1 faizini ərzaq məhsulları, 10,8 faizini içkilər və tütün məmulatları, 18,3 faizini bərk və maye yanacaqlar, 5,5 faizini əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 2,1 faizini toxuculuq məhsulları, geyim və ayaqqabılar, 1,9 faizini kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 1,7 faizini elektrik malları və mebellər, 23,6 faizini isə digər qeyri-ərzaq malları təşkil edib.

Gununsesi.info