“Xankəndi” tankerimiz “qara siyahı”ya salına bilər

  • Müəllif: Firuzə
  • 23 Sentyabr 2025 11:54

Avropa İttifaqı Azərbaycanın “Xankəndi” tankerini Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin layihəsinə daxil edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Aİ bunu Rusiyanın “kölgə donanmasının” bir hissəsi hesab edir.

Paket hələ Aİ-yə üzv dövlətlər tərəfindən qəbul edilməyib, lakin hazırlıq mərhələsindədir.

Bundan əvvəl Azərbaycanın “Şuşa” və “Qarabağ” tankerləri Aİ-nin sanksiyalar paketinə daxil edilib.

 

Gununsesi.info