Bu gün Hilton hoteldə Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir.
Belə ki, Azərbaycanın təhsil ictimaiyyəti, həmçinin beynəlxalq nüfuzlu universitet rektorların, o cümlədən xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu universitet rektorlarının, diplomatik korpus və media nümayəndələrinin qatıldığı tədbirdə rektor Hamlet İsaxanlı da çıxış edib.
Gununsesi.info xəbər verir ki, Hamlet İsaxanlı çıxışı zamanı deyib:
“Bu universitet Azərbaycanın müstəqilliyindən 7 ay əvvəl yaranıb. Burada bir çox yeniliklərə imza atılıb. Məsələn, əminliklə deyə bilərəm ki, şəffalığı biz gətirdik. İlk dəfə laboratoriya qurduq. Həmçinin çoxsaylı nüfuzlu dünya universitetləri ilə əməkdaşlıq etdik, çağdaş proqramlar, elmi-texnoloji yeniliklər gətirdik”.
Məlumat üçün qeyd edək ki, 1991-ci ildə bütün postsovet məkanında ilk özəl ingilisdilli universitet kimi yaradılan Xəzər Universiteti ötən 35 il ərzində Azərbaycanda ali təhsilin modernləşməsinə mühüm töhfə verib.
Universitet beynəlxalq akademik əməkdaşlıq, keyfiyyətli təhsil modeli və elmi fəaliyyətin inkişafı sahəsində önəmli uğurlar əldə edərək ölkənin aparıcı ali təhsil və tədqiqat mərkəzlərindən birinə çevrilib.














