Xırdalanda evdə partlayış olub, üç nəfər dağıntılar altından çıxarılıb – YENİLƏNİB - VİDEO/FOTO

  • By admin
  • 25 Yanvar 2021 20:49

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Nazirlikdən bildirilib ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 3-ə çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

——–

20:14

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış baş verib. Hadisə Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, partlayışdan sonra evdə yanğın başlayıb. Partlayışın gücündən yaxınlıqdakı çoxmərtəbəli binaların şüşələri sınıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.

İki nəfər dağıntılar altından xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Onlardan biri qadın, digəri isə uşaqdır. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.

Hadisənin səbəbləri barədə dəqiqləşdirmə aparılır.

———

19:06

Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.

Milli.Az xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Hadisə barədə əlavə məlumat veriləcək.