YAP-ın sabiq funksioneri Moskvada təşkilat rəhbəri oldu

  • By admin
  • 28 Mart 2023 14:23

Bir neçə gün əvvəl Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının sədri vəzifəsindən gedən Ramil Orucov Rusiyaya köçüb.

Gununsesi.info-nun xəbərinə görə, sabiq YAP funksioneri Rusiyada Yaşayan Azərbaycanlıların Diaspora Mərkəzi adlı qurumun rəhbəri seçilib.

Məlumata görə, təşkilatda bu ölkədə yaşayan nüfuzlu  tanınmış alimlər və görkəmli ziyalılar təmsil olunur.

Afət

Gununsesi.info