Yaponiyaya getmək istəyənlər üçün qaydalar sərtləşdirilir

  • By admin
  • 21 Mart 2021 10:56

Yaponiya hökuməti koronavirusun yeni ştammının yayılmasının qarşısını almaq üçün bütün ölkələrdən ərazisinə giriş qaydalarını sərtləşdirmək niyyətindədir. 

Gununsesi.info xəbər verir ki, bu barədə “TASS” Yaponiyanın səhiyyə, əmək və rifah naziri Norihisa Tamuraya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hazırda bu qayda yeni ştammın təsbit edildiyi ölkələrə üçün qüvvədədir, lakin bundan sonra məhdudiyyətlər bütün ölkələrə aid olacaq.

Belə ki, səfərdən əvvəl və ölkəyə girişdən sonra hava limanında olunan PCR testlərindən əlavə, ölkəyə daxil olan hər kəs üç gün ərzində ixtisaslaşmış karantin müəssisələrində qalmalıdır. Bundan sonra, onlar koronavirus üçün üçüncü bir testdən keçməli olacaqlar və yalnız mənfi nəticə çıxdıqda hərəkətlərinə davam edə bilərlər. Lakin bir şərtlə ki, daha iki həftə orada karantində qalsınlar.

Hazırda bu tələblər Böyük Britaniya, Macarıstan, Almaniya, İtaliya, Fransa, Çexiya da daxil olmaqla 17 ölkə ilə bağlı tətbiq olunur.

Gununsesi.info