
Yayın isti yay günləri başlayıb… Hərənin yay ayları ilə bağlı real və ya nağıvari planları olur. Bu yazını bu səbəbə görə yazdım.
İnkişaf etmiş xalqlar yay tətili ilə bağlı öncədən planlar qururlar. Hansı ölkədə istirahət edəcəklərini və hansı növ istirahətləri seçəcəklərini müəyyənləşdirirlər.
Bir çox xalqlar, o cümlədən azərbaycanlıların böyük bir çoxluğu bununla bağlı hansısa planlara malik olmazlar. Bu cəhətdən azərbaycanlılarla maldivilər arasında oxşarlıqlar var.
Ola bilsin bəzi dostlarımız maldivilər haqqında birinci dəfədir eşidirlər. Ona görə maldivilər haqqında kiçik bir arayış verməyim maraqlı olar. İnanıram ki, düşünmək üçün çox maraqlı olacaq.
MALDİVİLƏR KİMLƏRDİR?
Bəlkədə bu ölkənin daha az tanınması əhalisinin sayının az olmaısı ilə bağlıdır. Bu ölkədə 500 min nəfər yaşayır. Rəsmi adı Maldiv Respublikası adlanır. Dünyada ən xoşbəxt müsəlman ölkəsi sayılır. Ölkə əhalisinin 97 faizi müsəlmandırlar.
Olkədə 1200 ada olmasına baxmayaraq sadəcə 200 adada insan yaşayır. Digərlərinə ehtiyac duymurlar. Ölkədə illik olaraq istilik dərəcəsi 27-32 dərəcədə dəyişir.
Məhz buna görədir ki, bu ölkədə qış və yay fəsillərinin fərqləri bilinmir. Ölkədə dağ-dərə, eniş-yoxuş, çöküş-yüksəliş yoxdur. Ölkə sanki bir ox boyu yerləşib.
Maldivilər heç vaxt istirahətə getmirlər. Tətilə çıxmırlar. Səbəb o deyil ki, çox kasıbdırlar və istirahət üçün hansısa gəlirə sahib deyillər.
Səbəb odur ki, maldivilərin yaşadıqları şəraitin istirahətdən heç bir fərqləri yoxdur.
Ölkədə elə yüksək rifah və lüks şərait vardır ki, onların sadəcə istirahətə ehtiyacları yoxdur. Çünki onlar demək olar ki, ilboyu istirahət etdiklərindən buna ehtiyac duymurlar. Necə deyərlər yaşadıqları həyat istisnasız olaraq tam konfort zanası sayıla bilər.
Onlarla bizim, azərbaycanlılarla maldivilər arasında yeganə fərq odur ki, onlar heç bir xalq yay tətilini istirahət kimi qəbul etmirlər.
Lakin əsas fərqimiz də odur ki, onlar istirahətə ehtiyac duymadıqlarından, bizsə pul tapmadığımızdan gedə bilmirik.
QEYD: Məlumatları toplayarkən wikipedia”nın Azərbaycan dilində olan məlumatlarına istinad etmədim. Çünki həmin məlumatlar 1983-90-cı illərdə yazılmış kitablar əsasında işlənilib. Mən tam yeni məlumatlardan istifadə etmişəm. Siz də bundan istifadə edə bilərsiz.
Məhəmməd Talıblı