Yekaterinburqda diaspora rəhbərinin oğlunun məhkəməsi BAŞLADI

  • Müəllif: Firuzə
  • 16 İyul 2025 16:56

İyulun 16-da Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu və onun müavini, vəkil Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbiri seçəcək.

Gununsesi.info Rusiya KİV-ə istinadən xəbər verir ki, iyulun 1-də Mutvalının atası “Gelandewagen” markalı avtomobillə hərəkətdə olarkən saxlanılsa da, sonradan sərbəst buraxılıb. İki həftə sonra kiçik Şıxlinski Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi – dövlət məmuruna qarşı zorakılıq tətbiq etmə ittihamı ilə saxlanılıb.

İlkin məlumatlara görə, müstəntiqlər Mutvalı barəsində həbs qətimkan tədbiri seçəcək, bu halda o, istintaq təcridxanasına yerləşdiriləcək.

Gununsesi.info