Yelo Bank əmək fəaliyyəti səmərəliliyin ölçülməsi sisteminin yaradılması üzrə tender elan edir

  • By admin
  • 28 Mart 2022 11:48

 

“Yelo Bank” ASC, əməkdaşların əmək fəaliyyəti səmərəliliyin ölçülməsi sisteminin yaradılması məqsədilə açıq tender elan edir.

Bankdan Gununsesi.info-ya göndərilən məlumatda deyilir: 

Texniki şərtlər tenderdə iştirakını təsdiqləyən şirkətlərə elektron məktub vasitəsilə göndəriləcək.

  1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

 

  • Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
  • İddiaçının hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat, portfolio və s.)
  • Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər (Tender qalibi elan olunduqdan sonra)

 

  1. Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

 

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi
  • Təklif edilən Sistemin funksionallığı
  • Təklif ediləcək məhsulun qiyməti
  • Müqavilənin icra müddəti

 

  1. Tender təklifinin təqdim edilməsi üçün son tarix:

 

  • Tender təklifləri 8 aprel 2022-ci il, Bakı vaxtı ilə saat 18:00-a qədər Bakı ş. Həsən Bəy Zərdabi küçəsi 81 K ünvanına təqdim edilməlidir;
  • Zərflər bağlı və hər küncü möhürlənməlidir;
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul olunmayacaq.

 

  1. Ödəniş və digər şərtlər

 

  • Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 10%-i həcmində Bank zəmanəti təqdim etməlidir. Əks halda zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30%-ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
  • Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
  • Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

 

 

  1. Satınalan təşkilatın ünvanı

 

Bakı ş. Həsənbəy Zərdabi 81K,

Əlaqələndirici şəxs:

Həcər Kamalova

Təchizat və satınalma şöbəsinin mütəxəssisi
+99412 981 daxili 2057
+99450 710 73 43

hajar.kamalova@yelo.az

procurement@yelo.az

  1. Tenderin nəticəsi haqqında məlumat

 

Tenderin nəticəsi haqqında məlumat tenderin hər bir iştirakçısına təqdim ediləcəkdir.