Avropa İttifaqı Andrey Yermakın ofis rəhbərinin evində aparılan axtarışları ölkədə korrupsiyaya qarşı mübarizə qurumlarının effektiv fəaliyyətinin göstəricisi kimi qiymətləndirib.
Gununsesi.info xəbər verir ki, bu barədə The Guardian “Avropa Komissiyasının Genişlənmə üzrə sözçüsü Qiyom Mersye”yə istinadla məlumat yayıb.
Mersyenin sözlərinə görə, son araşdırma “Ukraynada korrupsiyaya qarşı mübarizə institutlarının mövcudluğu və onların sərbəst fəaliyyət göstərə bilməsinin açıq sübutudur”. O əlavə edib ki, korrupsiya ilə mübarizə ölkənin AB-yə üzvlük yolunda əsas tələblərdən biridir və Brüssel prosesi yaxından izləyir.
Yermakın evində axtarışlar noyabrın 28-də həyata keçirilib. Jurnalistlər bildirir ki, əməliyyatda on antikorrupsiya müstəntiqləri iştirak edib. Yermak açıqlamasında istintaqla tam əməkdaşlıq etdiyini və mənzilinə tam giriş verdiyini bildirib.
Gülxanım











