ABŞ Prezidenti Donald Tramp sentyabrın 28-də Ağ Evdə süni intellektlə bağlı açıqlama verəcək.
Gununsesi.info xəbər verir ki, Tramp bu barədə Çikaqodan Vaşinqtona qayıdarkən Endryus hərbi bazasında jurnalistlərə bildirib.
Ağ Evin yaydığı iş qrafikinə əsasən, ABŞ prezidentinin çıxışı Bakı vaxtı ilə saat 22:00-da nəzərdə tutulub.
Tramp, həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən “Anthropic” şirkətinin rəhbəri Dario Amodei ilə şam yeməyində görüşəcəyini və çərşənbə axşamı şirkətlə mühüm görüş keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Amodei daha əvvəl süni intellekt texnologiyalarının nəzarətdən çıxacağı təqdirdə bütün bəşəriyyət üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib. O, təhlükəsizliyin təmin olunması üçün süni intellektin inkişaf tempini zəruri həddə qədər azaltmağa hazır olduqlarını bildirib.
Tramp isə süni intellekt texnologiyalarının maneəsiz inkişafını dəstəkləyir.











