Yevlaxda yük maşını qəza törədib, xəsarət alanlar var

  • By admin
  • 25 Mart 2021 09:49

Yevlaxda yük maşını minik avtomobili ilə toqquşub.

Gununsesi.info-nun məlumatına görə, hadisə magistral yolun Yevlax şəhərindən keçən hissəsində, yol dairəsində baş verib.

“Shacman” markalı yük maşını VAZ-2115 markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan VAZ-ın iki sərnişini – Göyçay rayon sakinləri, 1968-ci il təvəllüdlü Salahov Habil Taleh oğlu və 1985-ci il təvəllüdlü Ağayev Nicat Azər oğlu Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Gununsesi.info